- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
2024-cü ilin 4 ayı üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
2024-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, ötən 4 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 9 248,6 mln. kVt·st olub.
Bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 8 198,0 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 332,6 mln. kVt·st artımla 794,6 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,9 mln. kVt·st artımla 255,9 mln. kVt·st. təşkil edib. 4 ay ərzində külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 144,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 190,7 mln. kVt·st (İES-lərdə 7 444,9 mln. kVt·st, SES-lərdə 745,8 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 132,9 mln. kVt·st (İES-lərdə 70,3 mln. kVt·st, SES-lərdə 44,0 mln. kVt·st, Günəş ES-də 18,6 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,8 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 910,1 mln. kVt·st təşkil edib.
Yanvar-aprel ayları üzrə elektrik enerjisinin idxalı 62,2 mln. kVt·st, ixracı isə 407,0 mln. kVt·st olub.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 108,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 17,9 mln. kVt·st, ixracı isə 48,5 mln. kVt·st təşkil edib.