<

Energetika Nazirliyində Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində növbəti təlim keçirilib. Bu dəfəki təlim “Dövlətin əsasları (dövlətin quruluşu, dövlət hakimiyyəti, qanunvericilik sistemi)” mövzularını əhatə edib.

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşı Cavid Cəərçiyevin təqdimatı ilə keçirilən təlimdə dövlət hakimiyyəti, qanunvericilik sistemi, xalq hakimiyyəti, insan və vətəndaş hüquq və azadlıqları, vətəndaşların əsas vəzifələri, yerli özünüidarəetmə orqanları və digər mövzular haqqında geniş məlumat verilib. Qarşılıqlı müzakirə formatında keçən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı test tapşırıqları işlənilib.

Təlimdə Energetika Nazirliyi və tabeli qurumların 28 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər