- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
İctimai şura üzvləri “Qaradağ” Günəş Elektrik Stansiyasında olublar
Energetika Nazirliyinin təşəbbüsü və Masdar şirkətinin dəstəyilə Nazirlik yanında İctimai şura üzvləri 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına səfər ediblər.
Şura üzvləri müasir elektrik enerjisi istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar, onlara stansiyanın tikintisi, istismarı və şəbəkəyə inteqrasiyası prosesi, yaşıl enerji istehsalı göstəriciləri, həmçinin digər texniki, iqtisadi, ekoloji və sosial aspektlər barədə geniş məlumat verilib.
Səfər iştirakçıları stansiyada çalışan mütəxəssislərlə ünsiyyətdə olublar. Şura üzvlərinə günəş enerjisi istehsalının spesifik xüsusiyyətləri izah edilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.