- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib
Energetika Nazirliyində Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib.
Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşı Mirzağa Yaqubzadənin təqdimatı ilə keçirilən təlimdə dövlət qulluğu vəzifəsi, inzibati vəzifələrin növləri və tutulması şərtləri, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, vakant inzibati vəzifələrin tutulması qaydası, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi və onlar üçün təminatlar, qulluqda məhdudiyyətlər və digər məsələlər haqqında ətraflı məlumat verilib. Qarşılıqlı müzakirə formatında keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 28 əməkdaşı iştirak edib.