<

Energetika Nazirliyində kommunikasiya sahəsində fəaliyyət göstərən əməkdaşların sosial media hesablarının idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təlim keçirilib.

ASAN İnnovativ İnkişaf Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev tərəfindən keçirilmiş təlimdə sosial şəbəkələrin effektiv idarə edilməsi, hədəfləmə və məqsədlərin doğru seçimi, botların yerləşdirilməsi, böhran vəziyyətlərində sosial medianın düzgün idarəsi, sosial media analitikası, reklam paneli və əsas alətlər, reklamların yerləşdirilməsi qaydası, real vaxtda marketinq fəaliyyəti və digər məsələlər müzakirə olunub, ətraflı praktiki məlumatlar verilib.

Qarşılıqlı müzakirə formatında keçən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Digər xəbərlər