<

21 fevral 2024-cü il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında iclası keçiriləcək.

İclasda Elektrik təchizatı şəbəkəsinə (ETŞ) qoşulma üzrə onlayn müraciət sistemi (onlayn sistem), ötən dövr ərzində onlayn qoşulmaların sayı üzrə müqayisəli statistik göstəricilər və onlayn ödənişlərlə bağlı mövcud vəziyyətə dair məlumat veriləcək, onlayn sistemə daxil olan müraciətlərin icrası zamanı qarşıya çıxan praktiki məsələlər, ETŞ-yə qoşulmanın təmin edilməsi üzrə Texniki Şuraya daxil olan dövlət qurumlarının məsul şəxsləri ilə kommunikasiyanın təşkili üzrə mövcud vəziyyət və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun 2024-cü il üçün Yol Xəritəsinin yekun layihəsin müzakirə ediləcək.

İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri, eləcə də “Yol Xəritəsi”nin icrasına bilavasitə cəlb olunan məsul şəxslər iştirak edəcək.

 

Digər xəbərlər