- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Ağdaşda vətəndaşları qəbul edib
Fevralın 9-da energetika naziri Pərviz Şahbazov Ağdaş rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların elektrik enerjisi şəbəkəsinə qoşulma, elektrik verilişi xətlərinin mühafizə zonası, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, sayğaclaşdırma, qaz təchizatı, qaz sərfiyyatına görə borcun yaranması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Ağdaş, Yevlax, Gəncə, Göyçay, Ucar və Qəbələ rayonlarından olan 24 vətəndaş iştirak edib.