- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“Enerji səmərəli mühit” mövzusunda vebinar keçiriləcək
Fevralın 5-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji səmərəli mühit” mövzusunda vebinar keçiriləcək.
Vebinarda Energetika Nazirliyinin Enerji səmərliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun böyük məsləhətçisi Əli Salmanlı tərəfindən işıqlandırmada, isitmə və soyutmada, məişətdə, iş yerlərində, nəqliyyatda enerji səmərəliliyinə nail olunma haqqında ətraflı məlumat veriləcək, mövzu ilə bağlı suallar cavablandırılacaq.
Onlayn seminarda iştirak etmək istəyənlər 5 fevral tarixində saat 15:00-da Energetika Nazirliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.
Maraqlı tərəfləri enerji səmərəliyi ilə bağlı informativ sessiyaya qoşulmağa dəvət edirik: