22 dekabr 2023-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.

İclasda Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoruna dair sorğunun cavablandırılması, 2022-2023-cü illər üzrə Yol Xəritəsinin cari ildə icra vəziyyəti və işçi qrupunun bundan əvvəlki iclasında verilmiş tapşırıqlarla bağlı görülmüş işlər barədə məlumat veriləcək, həmçinin gündəliyə uyğun olaraq digər məsələlər müzakirə ediləcək.

İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərişıq” ASC və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcək.

Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilər.

 

Digər xəbərlər