Energetika naziri Pərviz Şahbazov dekabrın 15-də Şabran rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik enerjisi verilişinin keyfiyyəti, şəbəkələrin mühafizə zonası, qaz təchizatı, qaz təzyiqinin aşağı olması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Qəbulda Şabran rayon sakinləri ilə yanaşı Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Quba və Siyəzən rayonlarından olan 20 vətəndaş iştirak edib.

 

Digər xəbərlər