Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq çərçivəsində növbəti təlim keçirilib. Bu dəfəki təlim “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda olub. Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin aparıcı məsləhətçisi Gündüz Əhmədlinin təqdimatı ilə keçirilən təlimdə əmək intizamı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin forması, funksiyaları, məqsədləri, istinad nöqtəsi, əhatə etdiyi dövr, qiymətləndirmə meyarları, qiymətləndirmə nəticəsində görüləcək tədbirlər və digər məsələlər haqqında ətraflı məlumat verilib. Qarşılıqlı müzakirə formatında keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 35 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər