- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində UNECE-nin icraçı katibinin müavini ilə görüş keçirilib
Energetika nazirinin müavini Samir Vəliyevlə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin arasında görüş olub. Görüşdə SPECA regionunda enerji təhlükəsizliyi və enerji keçidi məsələləri, dayanıqlı və karbon neytral enerji sistemlərinin qurulmasında çoxtərəfli əlaqələrin rolu, yaşıl texnologiyaların tətbiqi kimi istiqamətlər müzakirə olunub.
Nazir müavini Azərbaycanda həyata keçirilən enerji siyasəti və islahatlar, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması istiqamətində həyata keçirilən son tədbirlər, eləcə də Avropaya “yaşıl enerji” və “yaşıl hidrogen” ixracı planları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan eyni zamanda 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmaq barədə könüllü öhdəlik götürüb.
Görüş çərçivəsində Azərbaycan ilə UNECE arasında enerji sahəsində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, münasibətlərin daha da möhkəmləndirilməsinə maraq ifadə olunub.