Energetika naziri Pərviz Şahbazov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alim Bayeli qəbul edib. Nazir qonağı yeni təyinatı münasibətilə təbrik edib və səfirin fəaliyyətinin iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafına müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı qarşılıqlı münasibətlərin genişləndirilməsində, əlaqələrin təşviqi və inkişafında Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər