Energetika Naziliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində növbəti təlim “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda keçirilib.  

Dövlət qulluqçularının peşə bacarıqlarının artırılması və onların maarifləndirilməsi məqsədilə keçirilən təlimdə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin sektor müdiri Elnur Abbasov tərəfindən korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələlərinə dair təqdimat nümayiş olunub.  Etik davranış qaydaları haqqında qanunun məqsədləri və əhatə dairəsi, vicdanlı davranış,  peşəkarlıq və fərdi məsuliyyətin artırılması, loyallıq, ictimai etimad, maraqlar toqquşmasının qarşısının alınması, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, əmlakdan istifadə, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, bu sahədə mübarizənin gücləndirilməsi və görülmüş tədbirlər, korrupsiya ilə əlaqədar hüquqpozmalar və onların subyektləri, məsuliyyət tədbirlərinin həyata keçirilməsi və digər məsələlər ətrafında geniş məlumat verilib.

Sonda etik davranış qaydaları və korrupsiya ilə əlaqədar hüquqpozmalara aid nümunələr birgə müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 25 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər