2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Energetika Nazirliyinin təşkilatçılığı və “bp” şirkətinin dəstəyi ilə sentyabrın 13-də media nümayəndələrinin Səngəçal Terminalına səfəri təşkil edilib.

Mediatur zamanı jurnalistlərə Energetika Nazirliyinin nümayəndəsi tərəfindən ümummilli lider Heydər Əliyevin ölkəmizin neft-qaz sektorunun inkişafındakı əvəzsiz rolu barədə məlumat verilib. Sonra Səngəçal Terminalının Xəzər Enerji Mərkəzində “bp” şirkətinin nümayəndəsi tərəfindən Azərbaycanda həyata keçirilən neft-qaz layihələri, o cümlədən “Azəri Mərkəzi Şərqi" (ACE) platforması barədə təqdimat nümayiş olunub.

Daha sonra media nümayəndələri Terminalın Əməliyyatları idarəetmə və nəzarət mərkəzi ilə tanış olublar və mərkəzdə hazırda tikintisi tamamlanan platformada görülən işlər haqqında məlumatlandırılıblar.

 

Digər xəbərlər