Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında birgə əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti təlim “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda təşkil edilib.

Təlimdə Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimova çıxış edərək  mövzunun aktuallığı, dövlət qulluğu sahəsində işçilər arasında qarşılıqlı ünsiyyətin səmərəli fəaliyyətə və qurumların inkişaf potensialına göstərdiyi təsirlərdən danışıb. 

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin aparıcı məsləhətçisi Gündüz Əhmədlinin təqdimatı ilə keçirilən  təlimdə iş yerində sosial partnyorluq və onun müsbət cəhətləri, sağlam ünsiyyətin önəmi, struktur və formaları, işçilərarası qarşılıqlı və faydalı əlaqələrin qurulmasında beynəlxalq təcrübə, onun tətbiqi məsələləri və digər mövzular barədə ətraflı məlumat verilib. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və situasiya mühakimə tipli testlər qarşılıqlı müzakirə olunub.

Təlimdə Nazirlik, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 30 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər