Avqustun 25-də energetika naziri Pərviz Şahbazov Gədəbəydə vətəndaşları qəbul edib.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, qazlaşdırma, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Qəbulda Gəncə şəhəri və Gədəbəy rayonundan olan vətəndaşlar iştirak edib.

 

Digər xəbərlər