- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, qlobal enerji gündəliyindəki məsələlər müzakirə edilib.
Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, o cümlədən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkəmizin enerji keçidi istiqamətində gördüyü tədbirlər, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səyləri, “yaşıl enerji” texnologiyaları və təcrübə mübadiləsi üzrə əməkdaşlıq barədə danışılıb.