Energetika nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “kadrların seçimi” mövzusunda təlim keçirilib.
Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin aparıcı məsləhətçisi Gündüz Əhmədlinin təqdimatı ilə keçirilən  təlimdə kadrlar sahəsində yeni trendlər, insan resurslarının idarə edilməsi, əməkdaşların bacarıqlarının üzə çıxarılması, bu sahədə əsas prinsiplər, dövlət qulluqçularının fəaliyyətinə nəzarət və xidmətin qiymətləndirilməsi, həmçinin digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 
Təlimdə Nazirlik, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 25 əməkdaşı iştirak edib.
 

Digər xəbərlər