Energetika naziri Pərviz Şahbazov ilə Əlcəzair Xalq Demokratik Respublikasının energetika və mədən naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş olub.

Görüşdə həm “OPEC plus” çərçivəsində çoxtərəfli, həm də ikitərəfli enerji əməkdaşlığı müzakirə edilib. Təbii qaz hasilatı və ixracı sahəsində əlqələrin inkişafı istiqamətində fikir mübadiləsi aprılıb. “SOCAR” və “Sonatrach” şirkətlərinin beynəlxalq miqyaslı fəaliyyətlərindən irəli gələn əməkdaşlıq münasibətləri vurğulanıb.

29 noyabr 2022-ci ildə Əlcəzairdə Azərbaycan və Əlcəzair Hökumətləri arasında imzalanmış neft və qaz sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən İşçi Qrupun ilk iclasının ən qısa zamanda keçirilməsi razılaşdırılıb.

Digər xəbərlər