2023-ci ilin birinci yarımili ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 117 icazə verilib. Bunlardan 73-ü ixrac nəzarətinə düşən malların idxalı, 4-ü ixracı, 40-ı isə tranziti ilə bağlı olub.

Cari ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 63 icazə verilib ki, bunlardan 37-si ixrac nəzarətinə düşən malların idxalı, 3-ü ixracı, 23-ü isə tranziti ilə bağlı icazələr təşkil edib.

Bu dövrdə bütün icazələrin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Digər xəbərlər