Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai şuraya təkrar seçkilər keçiriləcək. Növbəti seçkilərin keçirilmə vaxtı 6 noyabr 2023-cü il tarixdə saat 10:00-dan 12:00-dək müəyyən olunub.

Qeyd edək ki, cari ilin 31 oktyabr tarixində Energetika Nazirliyi yanında İctimai şuranın tərkibinin müəyyən olunması üçün keçirilmiş seçkilər nəticəsində İctimai şuraya üzv olmaq üçün qeydiyyatdan keçmiş 8 namizəd arasından seçicilərin yarıdan çoxunun səsini toplamış 3 namizəd ictimai şuranın tərkibinə üzv seçilib.

İctimai şuraya üzv seçilmək üçün 3 nəfərin yetərli səs topladığını, İctimai şuranın üzvlərinin say həddinin isə 7 nəfər olduğunu nəzərə alaraq, qanunvericiliyə əsasən boş qalan yerlərə təkrar seçkilərin keçirilməsi nəzərdə tutulub.

İctimai şurada boş qalan yerlərə üzv seçilmək üçün namizədlər:

1. Abdullayeva Mehriban Əli qızı – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri.

2. Həsənov Sadiq Hüseyn oğlu – “Sağlam Həyata Doğru” İctimai Birliyinin sədri.

3. Həsənov Samir Hüseynağa oğlu – “Ulduz” informasiya - kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri.

4. Nəsirov Şaban Fəxrəddin oğlu – “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri.

5. Şəfaqətov Rüstəm Şahvələd oğlu - “Alternativ Enerji Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri.

 

Digər xəbərlər