- ANA SƏHİFƏ
- Tədbirlər
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçiriləcək
Oktyabrın 12-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üçün Yol Xəritəsinin icra vəziyyətinə dair məlumat verilməsi və işçi qrupun fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirəsi nəzərdə tutulur.