<

Energetika Nazirliyi ictimai şuraya seçkilərin keçirilməsi ilə bağlı müraciət edir

 

Energetika Nazirliyi yanında ictimai şuraya seçkilərin keçirilməsi ilə bağlı birgə yığıncaqda iştirak üçün müraciət etmiş 52 vətəndaş cəmiyyəti institutunun nəzərinə! 
Energetika Nazirliyi yanında ictimai şuraya seçkilərin keçirilmə vaxtı 18 mart 2021-ci il tarixdə saat 11:00-dan 15:00-dək müəyyən olunub. 
Seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri həmin tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evi inzibati binasının 5-ci qapısına yaxınlaşa bilərlər.
Seçicilərdən mövcud karantin tələblərinə ciddi riayət etmələri xahiş olunur.

Digər xəbərlər