Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin may ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, energetika naziri Pərviz Şahbazov mayın 20-də Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan başlayaraq Salyan rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, telefon: (050) 225-34-86, email: office.shirvan@regulator.gov.az, shirvan@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.
 

Digər xəbərlər