<

Energetika naziri Pərviz Şahbazov mayın 26-da Lerik, Lənkəran, Astara, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 12:00-dan etibarən Lerik rayon Heydər Əliyev Mərkəzində (ünvan: Lerik şəhəri, H.Əliyev meydanı 2) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonu: (050) 668-61-24, elektron poçt ünvanı: office.lankaran@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

 

Digər xəbərlər