<

Energetika naziri Pərviz Şahbazov oktyabrın 21-də Göyçayda Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Göyçay rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 98) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az) və  Mingəçevir filialı (əlaqələndirici şəxs Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər