<

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Beyləqan rayon Heydər Əliyev mərkəzində (ünvan: Beyləqan şəhəri, H.Əliyev pr. 7) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

 

Digər xəbərlər