<

28 mart 2023-cü il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.

İclasda “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində və İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planında, eləcə də “Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyətinə dair 2022-ci il üzrə hesabatlar müzakirə ediləcək, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlara dair görülən işlər barədə məlumatlar veriləcək.

 

Digər xəbərlər