Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi Qrupunun videokonfrans formatında keçiriləcək iclasının vaxtı dəyişdirilib. İclas dekabrın 1-də saat 15:00-da baş tutacaq.

İclasda İşçi Qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, əvvəlki iclasda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə sahibkarların məlumatlılıq və məmnunluq səviyyəsinin artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə ediləcək.

İclasda iştirak etmək istəyən şəxslər, o cümlədən özəl sektorun nümayəndələri aşağıda göstərilən keçid vasitəsilə Komissiyanın internet portalının (https://azranking.az/) “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.

https://azranking.az/az/protocols-announcements/%E2%80%9CElektrik%20t%C9%99chizat%C4%B1%20%C5%9F%C9%99b%C9%99k%C9%99l%C9%99rin%C9%99%20qo%C5%9Fulma%E2%80%9D%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-71.html

Digər xəbərlər