<

Mayın 29-da Energetika Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək.

İclasda elektrik şəbəkəsinə qoşulma üzrə aparılan iqtisadi islahat nəticəsində yaranan əlverişli imkanlar mövzusunda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin və “Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nın təqdimatı olacaq.

İclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

 

Digər xəbərlər