<

20 dekabr 2022-ci il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin cari ilin 4-cü rübü ərzində aidiyyəti üzrə icra vəziyyəti barədə məlumat veriləcək.

Bundan əlavə, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlara dair sahibkarlıq subyektləri arasında 2022-ci ilin 3-cü rübündə keçirilən sorğunun nəticələri və bu sahədə təkmilləşdirmələrin aparılması üçün görüləcək işlər barədə müzakirələr aparılacaq.

 

Digər xəbərlər