24 dekabr tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək. İclas saat 10:00-da başlayacaq.

İclasda İşçi qrupun 2021-ci il üzrə Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti nəzərdən keçiriləcək, 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi aparılacaq, həmçinin cari ilin 1 dekabr tarixində keçirilmiş iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək.

İşçi qrupun iclasında iştirak etmək istəyən hər kəs, o cümlədən özəl sektorun nümayəndələri aşağıda göstərilən keçid vasitəsilə Komissiyanın internet portalının (https://azranking.az) “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.

https://azranking.az/az/protocols-announcements/%E2%80%9CElektrik%20t%C9%99chizat%C4%B1%20%C5%9F%C9%99b%C9%99k%C9%99l%C9%99rin%C9%99%20qo%C5%9Fulma%E2%80%9D%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-8.html

Digər xəbərlər