<

Beynəlxalq Enerji Xartiyası və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın sədrliyi ilə “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Forum 28 oktyabr 2020-ci il tarixində saat 9:00-dan 13:00-dək (Brüssel vaxtı ilə) onlayn formatda təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 12:00-dan – 15:15-dək keçiriləcək.
Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək. Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər.
Forumda iştirak yalnız dəvət əsasında həyata keçirilir. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

https://www.energycharter.org/media/events/article/baku-international-energy-charter-forum/?tx_news_pi1%5Bcontroller%5D=News&tx_news_pi1%5Baction%5D=detail&cHash=3781cb9ad98050ff73fa954f5061c4ff
 

Digər xəbərlər