- ANA SƏHİFƏ
- Enerji səmərəliliyi
Enerji və süni intellekt hakatonu
Enerji israfını aşkar etməyə hazırsan?
Data ilə düşün, süni intellektlə həll yarat, enerjinin gələcəyinə töhfə ver!
Energetika Nazirliyi və SOCAR səni “Energy & AI” hakatonuna dəvət edir!
Bu dəfə qarşında real enerji istehlakı məlumatları və onları ağıllı həllərə çevirmək fürsəti var!
Sənin missiyan:
- Məlumatları analiz et, gizli enerji israfını aşkarla.
- İsrafın səbəblərini tap və innovativ rəqəmsal həll təklif et.
- Süni intellekt və texnologiyanın gücündən istifadə et.
- Təklif etdiyin həllin nə qədər enerjiyə qənaət edəcəyini hesabla.
Energetika, mühəndislik, proqramlaşdırma, süni intellekt, data analitikası və digər sahələrdə təhsil alırsan?
Elə isə 3–5 nəfərlik komandanı qur, ideyanı ortaya qoy və özünü sına!
Komandalar aşağıdakı kriteriyalar əsasında seçiləcəkdir:
- Müraciət edənlər 3 və ya 4-cü kurs bakalavr, magistr və doktorantura tələbələri olmalıdır.
- Komanda ən azı 3, ən çoxu 5 nəfərdən ibarət olmalıdır.
- Müraciət edənlər şəxslər kompüter elmləri, energetika və ya digər əlaqəli sahələr üzrə təhsil alan tələbələr olmalıdır.
- Müraciət forması komanda tərəfindən doldurulmalıdır.
Hakatonun mükafat fondu 10 500 AZN təşkil edir:
- 1-ci yeri tutan komanda: 5000 AZN
- 2-ci yeri tutan komanda: 3500 AZN
- 3-cü yeri tutan komanda: 2000 AZN
Müraciət üçün son tarix: 15.11.2026
Hakatonun keçirilmə tarixi: 11.12.2026
Məkan: Bakı Ali Neft Məktəbi
Qeydiyyat: https://forms.gle/7Gew7iEtPALjhArG6
Əlaqə: energyhackathon@minenergy.gov.az
DATA İLƏ İSRAFI AŞKARLA. HƏLLİNİ YARAT. QƏNAƏTİ HESABLA.