<

Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoquna dair məsələlər müzakirə edilib. Enerji dialoqunun Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru genişlənməsini, dekarbonizasiya, enerji keçidi və bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisinin ixracı, hidrogen və enerjinin saxlama texnologiyaları üzrə əməkdaşlığı əhatə edən istiqamətləri  üzrə  intensiv təmasların vacibliyi vurğulanıb. Həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Qərbi Balkanlara potensial qaz tədarükündən irəli gələn məsələlərin həlli məqsədilə Avropa Komissiyası və Qərbi Balkan ölkələri ilə dialoqun davam etdirilməsi razılaşdırılıb.

Digər xəbərlər