<

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin ayrı-ayrı seqmentlərinin yekunlaşmaq üzrə olduğu vurğulanaraq cari ildə layihənin reallaşması ilə bağlı mühüm hadisələrin qeyd olunacağı bildirilib.

Görüşdə regional enerji əməkdaşlığına dair məsələlər, eləcə də Azərbaycanın OPEC+ formatında  dünya neft bazarında sabitliyin qərarlaşmasında rolu və gələcək perspektivlərdən danışılıb. Hazırda neftin qiymətində  müşahidə olunan artım, neft bazarında ehtiyatların azalması və tələb-təklif tarazlığının tədricən formalaşması Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin əməkdaşlığının nəticələri kimi qiymətləndirilib. Energetika naziri Robert Sekutanın ölkəmizdə diplomatik fəaliyyəti dövründə enerji sektorunda ikitərəfli əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfəni bir daha  vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər