Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında növbəti iclası keçirilib.

Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimovanın sədrliyi ilə keçirilən iclasda “AZS ISO 50003:2025 Enerji menecment sistemləri – Enerji menecmenti sistemlərinin auditi və sertifikatlaşdırılmasını həyata keçirən qurumlar üçün tələblər” standartının yekun layihəsi müzakirə olunub, təkmilləşdirilməsi ilə bağlı tövsiyələr dinlənilib, rəylər nəzərə alınmaqla qısa müddətdə təsdiqi qərarlaşdırılıb.

 

Digər xəbərlər