Azərbaycan Respublikasının Energetika Nazirliyi Açıq Tenderə dəvət edir.
Tender 1 lot üzrə keçirilir:

“Ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədi ilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılması tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması” işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ofisindən əldə edə bilərlər. Əlaqələndirici şəxs -Gülnarə Nuriyeva (telefon 598 16 53/54 - daxili 1130, mob: +994504502085)

İştirak haqqı 1100,00 manat. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:    Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005,

VÖEN:1401555071

M/h: AZ41NABZ01360100000000003944 SWİFT :CTREAZ22 Alan:    Energetika Nazirliyi

VÖEN:1300087531

Hesab №: AZ44CTRE00000000000002218301 Təyinatı mütləq yazılmalıdır!

Təyinatı:    Tenderdə iştirak haqqı

Energetika Nazirliyi XHK 2218301 Büdcə səviyyəsinin kodu: 7 İqtisadi təsnifat: 142340

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.    Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2.    Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.    Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.    Tender təklifi dəyərinin 5%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

5.    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

6.    İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

7.    İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

8.    İddiaçının (o cümlədən hüquqi şəxslərin birliyinə daxil olan iddiaçılar) hüquqlarını, ixtisaslarını və ixtisas göstəricilərini təsdiq edən sənədlər;
 

9.    İddiaçının (o cümlədən hüquqi şəxslərin birliyinə daxil olan iddiaçılar) işçi heyətinə (mütəxəssislər, ekspertlər) daxil olacaq mütəxəssislərin peşəkarlığını və təcrübəsini təsdiq edən sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21.12.2018-ci il il, saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 09.01.2019-cu il, saat 11:00-a qədər Heydər Əliyev prospekti, 152 ünvanında ünvanında yerləşən "Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 13-cü mərtəbəsində yerləşən ofisinə (ümumi şöbəyə) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 10.01.2019-cu il, saat 15:00-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanında ünvanında yerləşən "Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ofisindən açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 


TENDER KOMİSSİYASI.