<

Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsinə dair

ELAN

Azərbaycan Respublikasının Energetika Nazirliyi “Vahid Elektron İnformasiya Sistemində Nazirlik tərəfindən verilən icazələrin elektronlaşdırılması xidmətlərinin satın alınmasına dair” açıq tender elan edir.

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ

Satınalan təşkilatın VÖEN-i: 1300087531

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

Satınalma predmeti: Vahid Elektron İnformasiya Sistemində Nazirlik tərəfindən verilən icazələrin elektronlaşdırılması xidmətləri

Sıra №

Malların (işlərin və xidmətlərin) adı

Ətraflı təsviri

Həcmi/ Miqdarı

Ölçü vahidi

1.

Vahid Elektron İnformasiya Sistemində Nazirlik tərəfindən verilən icazələrin elektronlaşdırılması xidmətlərinin satın alınması

Layihənin Texniki Şərtləri İcra Qrafiki tenderin əsas şərtlər toplusuna əlavə edilmişdir.

1

ədəd

Müsabiqənin başlanma tarixi və vaxtı:

22.06.2023 18:00

 

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:

17.07.2023 18:00

 

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

25.07.2023 19:00

 

Zərflərin açılması tarixi və vaxtı:

26.07.2023 18:00

 

Müsabiqədə iştirak haqqı: 150 AZN

 

 

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

 

İcra ünvanı

Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

 

İcra müddəti

Tenderin əsas şərtlər toplusuna əsasən

 

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

 

ÖDƏNİŞ ŞƏRTLƏRİ

 

Tenderin əsas şərtlər toplusuna əsasən

 

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Tender təklifi

Qiymət təklifi: 80 bal

Tender təklifinin qiymətinin təsviri

Təklif tam və aydın formada Azərbaycan manatı ilə, bütün xərclər və vergilər daxil göstərilməlidir.

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir.

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

Tələb olunmur

Texniki təklifi: 20 bal

İddiaçılar tərəfindən son 5 il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) müvafiq sahədə göstərilmiş xidmətlərə dair icra olunmuş analoji müqavilələrin sayı.

Bağlanmış müqavilələrin surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

         

Təşkilati və hüquqi sənədlər:

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış

Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir). Qeydiyyat tarixi cari rüb ərzində olmalıdır.

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınmış məhkumluğun olmaması barədə arayışın orijinalının skan olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir.Qeydiyyat tarixi cari rüb ərzində olmalıdır.

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat

Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir). Qeydiyyat tarixi cari rüb ərzində olmalıdır.

Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfinən verilən “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi”nə dair lisenziyanın orijinalının skan olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Sahibkarlıq subyektinin bölgüsünə (mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olması) barədə məlumat

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi blankında alınmış, cari tarixə qüvvədə olan arayışın orijinalının skan olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisinin bəyannaməsi)

Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir). Son maliyyə dövrünə olan məlumatı əks etdirməlidir.

İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı

Arayış bank tərəfindən təqdim edilmədir. Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması zəruridir. Qeydiyyat tarixi cari rüb ərzində olmalıdır.

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə

İddiaçının kommersiya qurumunun dövlət reyestrindən çıxarışı (hüquqi şəxslər), vergi uçotunda olduğunu təsdiq edən sənədi (VÖEN), nizamnaməsi, imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə) barədə sənədin orijinalının (əgər sənədlər elektron formada alınıbsa notarial qaydada təsdiq olunaraq) PDF formatında Portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir).

İddiaçının bank rekvizitləri

İddiaçının və ya bankın imzası və mühürü ilə təsdiq edilməsi və skan olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

İxtisas göstəriciləri:

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (iddiaçı tərəfindən tərtib edilməlidir).

İddiaçı analoji satınalma predmeti üzrə azı 3 (üç) uğurlu layihəni icra etməsi barədə məlumat təqdim etməlidir

Eyni profilli informasiya sistemlərinin hazırlanması mövzusunda sahibkarlıq subyektləri və ya büdcə təşkilatları ilə, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlküəsizliyi Dövlət Xidmətinin informasiya və proqram təminatı təhlükəsizliyi ilə bağlı tələbləri mövzusunda təcrübəsi olmalıdır. Bağlanmış müqavilələrin (layihənin başa çatmasına dair müvafiq təsdiqedici sənədlər (akt, qaimə və s.) ilə birlikdə) surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir;

İddiaçı analoji satınalma predmeti üzrə ən azı 3 (üç) tövsiyyə məktubu təqdim etməlidir

Ən azı 3 sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim etməlidir;

İddiaçı satınalma müqaviləsinin icrasına cəlb olunacaq işçi heyyəti barədə məlumat təqdim etməlidir

İşçilərinin təhsili, peşəkarlığı, təcrübəsi, CV-ləri və iddiaçı şirkətin əməkdaşları olduğunu təsdiqləyən “Əmək müqaviləsinin bağlanması bildiriş”inin surətləri təqdim edilməlidir. İş həcmlərinin çox olmasını nəzərə alaraq, qeyd olunan xidmətlərin tam həcmdə satınalınması və keyfiyyətlə icrası üçün kifayət sayda mütəxəssisin (müvafiq sahədə ən azı 3 nəfər) olması vacibdir.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Leyla Adıgözəlbəyova

Aparıcı məsləhətçi

leyla.adigozelbeyova@minenergy.gov.az

598-16-53 (1034)