- ANA SƏHİFƏ
- Tenderlər
- Energetika Nazirliyi açıq tenderə dəvət edir
Energetika Nazirliyi açıq tenderə dəvət edir
Azərbaycan Respublikasının Energetika Nazirliyi “Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması ilə bağlı Texnki İqtisadi Əsaslandırma”nın hazırlanması üzrə iş və xidmətlərin satın alınmasına dair
AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Satınalma predmeti: “Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması ilə bağlı Texnki İqtisadi Əsaslandırma”nın hazırlanması
Satınalan təşkilatın adı: AZƏRBAYCAN REPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000
Əlaqələndirici şəxs: Leyla Adıgözəlbəyova
Əlaqələndirici şəxsin e-maili: leyla.adigozelbeyova@minenergy.gov.az
Əlaqə nömrəsi: (+99412) 596 16 53/54 (daxili 1034)
İşlərin qısa təsviri:- Texniki Tapşırıq sənədi texniki, iqtisadi və tənzimləmə baxımından Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan (və Avropanın digər hədəf bazarları) üzrə enerji ixracı ssenarilərinin, Dəyişən Bərpa Olunan Enerji (DBOE bundan sonra VRE) və yaşıl hidrogen ixracının/ ticarətinin ən faydalı tədqiqatını hazırlayacaq məsləhətçi şirkəti cəlb etmək məqsədi daşıyır. Məsləhətçi qrupu Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan kontekstləri, Avropa enerji tənzimləyici çərçivəsi ilə elektrik enerjisinin istehsalı və ötürülməsinin planlaşdırılması üzrə beynəlxalq təcrübənin qarışığını tətbiq etməlidir. Bu fəaliyyətin əsas tərəfdaşları, iştirak edən ölkələrin Energetika üzrə məsul nazirlikləri (MoE), istehsal şirkətlər və ötürücü sistem operatorlarıdır (TSO). Məsləhətçinin bu Texniki Tapşırıqda (TT) qeyd olunan vəzifələri yerinə yetirməsi və Azərbaycan və Gürcüstandan Avropaya və əksinə ixracına istinad edərək strateji enerjinin genişləndirilməsinə töhfə verməsi gözlənilir. Tələb olunan nəticələr də daxil olmaqla, tapşırıqların xülasəsi ƏŞT-nin 5-ci Bölməsində verilmişdir.
İştirak haqqı: 2500 (iki min beş yüz) AZN. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirak haqqı satınalan təşkilatın bank rekvizitlərində qeyd etdiyi hesaba köçürüldükdən sonra tenderin əsas şərtlər toplusunu əldə etmək üçün ödəniş qəbzi ilə birlikdə satınalan təşkilata müraciət olunur.
Hüquqi ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000
Benefisiarın adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi
Satınalan təşkilatın VÖEN-i: 1300087531
Hesab nömrəsi: AZ84IBAZ38090019442857075209
Bankın adı: Dövlət Xəzinədarlıq Agentliyi, 5 Saylı Xəzinədarlıq İdarəsi
Bankın kodu: 210005
Bankın VÖEN-i: 1100486261
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Swift kodu: CTREAZ22
Çatdırılma yeri: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000
Çatdırılma şərtləri: DDP-Bakı (İNKOTERMS-2020 qaydalarına əsasən)
İş və xidmətlərin icra müddəti: Müqavilə imzalandıqdan sonra ən geci 80 (səksən) həftə müddətində tam şəkildə hazırlanıb təhvil verilməlidir. İcra Qrafiki Əsas Şərtlər Toplusunun 5-ci Böməsində (səhifə 38) verilib.
Ödəniş şərtləri: Tenderin əsas şərtlər toplusuna əsasən.
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta:
- Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri manatla göstərməlidirlər;
- Xarici hüquqi və fiziki şəxslərin tender təklifləri sərbəst dönərli valyuta ilə göstərildikdə, tender təkliflərinin verilməsinin son gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsas götürülür.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- ƏŞT-nin tələblərin cavab verən ən aşağı qiymət təklifi - 70 bal
- İş və xidmətlərin icra müddəti üzrə qiymətləndirmə - 20 bal
- Ödəniş şərtlərinə görə (avans) - 10 bal
İddiaçılar açıq tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün müraciət (İddiaçının rəsmi blankında);
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (təsdiqedici sənəd təqdim edilməlidir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Yerli şirkətlər və xarici şirkətlərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş nümayəndəlikləri Azərbaycan Respublikasında, xarici şirkətlər isə qeydiyyatdan keçdikləri ölkədə müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə arayış təqdim etməlidirlər. Arayışın əsli müvafiq orqanın rəsmi blankda olmalı və ya arayış elektron formada əldə olunduğu zaman həmin arayışın notarial təsdiq olunmuş nüsxəsi təqdim edilməlidir);
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış (Müvafiq orqandan tender elanı tarixindən sonrakı tarixə alınmış məhkumluğun olmaması barədə arayış təqdim edilməlidir. Arayışın əsli müvafiq orqanın rəsmi blankda olmalı və ya arayış elektron formada əldə olunduğu zaman həmin arayışın notarial təsdiq olunmuş nüsxəsi təqdim edilməlidir);
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (Müvafiq orqandan tender elanı tarixindən sonrakı tarixə alınmış arayış təqdim edilməlidir. Arayışın əsli müvafiq orqanın rəsmi blankda olmalı və ya arayış elektron formada əldə olunduğu zaman həmin arayışın notarial təsdiq olunmuş nüsxəsi təqdim edilməlidir);
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisinin bəyannaməsi) (Vergi orqanı tərəfindən təsdiq olunmuş orijinal bəyənnamə / xarici dildə təqdim edilən rəsmi orijinal bəyənnamə Azərbaycan dilində (notarial qaydada) təqdim edilməlidir.). Son maliyyə dövrünə olan məlumatı əks etdirməlidir);
- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı (Arayış bank tərəfindən təqdim edilmədir. Sənədin əsli və ya notarial təsdiq olunmuş nüsxəsi təqdim edilməlidir. Qeydiyyat tarixi cari rüb ərzində olmalıdır);
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (iddiaçının kommersiya qurumunun dövlət reyestrindən çıxarışı (hüquqi şəxslər), vergi uçotunda olduğunu təsdiq edən sənədi (VÖEN), nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) notarial qaydada təsdiq olunaraq təqdim edilməlidir.
- İddiaçının bank rekvizitləri (rəsmi blankda bank hesabı, hüquqi və faktiki ünvan göstərilməklə iddiaçının və ya bankın imzası və mühürü ilə təsdiq edilməli);
Qeyd: Beynəlxalq iddiaçılar (qeyri-rezidentlər) yuxarıda tələb olunan sənədləri təsis olunduqları və fəaliyyət göstərdikləri ölkənin müvafiq orqanlarından alınmış, notarial qaydada təsdiqlənmiş, apostil olunmuş və ya leqallaşdırılmış surətini təqdim etməlidirlər.
İxtisas göstəricilərinə dair tələblər:
- İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (iddiaçı tərəfindən tərtib edilməlidir):
- Enerji sahəsində ən azı 10 illik təcrübəyə malik olmalıdır (müvafiq təsdiqedici sənədlər təqdim edilməli);
- Layihəyə cəlb edilmiş İddiaçının ən azı 2 (iki) ölkədə iş təcrübəsi olmalıdır;
- Konsorsium rəhbəri və ya yeganə məsləhətçi kimi regional səviyyədə həm qaz, həm də elektrik infrastrukturunun optimallaşdırılması ilə əlaqədar ən azı bir tamamlanmış tədqiqata malik olmalıdır;
- İddiaçı qarşılıqlı əlaqəsi olan dənizaltı HVDC kabelinin çəkilməsinə dair ən azı 1 (bir) tamamlanmış texniki-iqtisadi əsaslandırmaya malik olmalıdır;
- Hidrogen infrastrukturunun inkişafı ilə bağlı ölkə miqyasında ən azı 1 (bir) tamamlanmış tədqiqata malik olmalıdır;
- İddiaçının işləri Texniki Tapşırıqda müəyyən olunmuş metodika əsasında keyfiyyətlə və tələb olunan vaxtda yerinə yetirmək üçün tələb olunan işçilərin ixtisası, təcrübəsi və sayı (səhifə 45) barədə işçi heyətinin müvafiq sahədə təhsilini, peşəkarlığını təsdiq edən müvafiq sertifkatlar və digər anoloji işlərdə -iştirakla bağlı iş stajı (ƏŞT-nin 8-ci “Standart formalar” bölməsinin 7-ci “İddiaçının ixtisas göstəriciləri haqqında məlumat” bölməsində) bəndində göstərilmiş forma və qaydada) barədə sənədlər təqdim olunmalıdır;
- İxtisas göstəriciləri haqqında məlumat ƏŞT-nin 8-ci “Standart formalar” bölməsinin 7-ci “İddiaçının ixtisas göstəriciləri haqqında məlumat” bəndində göstərilmiş forma və qaydada təqdim olunmalıdır.
- Tender təklifi (Tender zərflərinin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır. Tender təklifi Azərbaycan və ingilis dilində tərtib olunmalıdır (İngilis dilində olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır);
- Tender təklifinin ümumi qiymətinin 1%-i (bir faizi) həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır və bank tərəfindən təqdim edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün tələb olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2023-cü il Bakı vaxtı ilə saat 15:00-a qədər, ixtisas göstəriciləri uyğun gələn iddiaçıların tender təklifi və bank təminatını isə 01 dekabr 2023-cü il Bakı vaxtı ilə saat 15:00-a qədər (tender təkliflərinin açılmasına 1 (bir) bank günü qalmış) möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə Satınalan təşkilata təqdim etməlidirlər.
İddiaçıların təklifləri 04 dekabr 2023-cü il Bakı vaxtı ilə saat 15:00-da, Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi 84, Hökumət Evi, qapı 5 ünvanında açılacaqdır.
Sənədlər Azərbaycan və ingilis dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (İngilis dilində olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI