Azərbaycan Respublikası Energetika Nazirliyi nazirliyin aparatının balansında olan müxtəlif növ kompüter şəbəkəsi avadanlıqlarının və proqram təminatlarının (Cisco Firewall, Cisco Call-manager, Cisco IP-telephony, Cisco Meeting Server, HPE Data Protection Backup, VMWare) təhlükəsiz fəaliyyət göstərməsi zərurəti ilə müvafiq siyahıda göstərilən avadanlıqlar və proqram təminatlarına aid texniki dəstəyinin yenilənməsi və gərəkli lisenziyaların satın alınması üçün Açıq Tender Elan edir.

Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini etender.gov.az internet səhifəsində elektron qaydada təqdim etsinlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu etender.gov.az internet səhifəsindən əldə edə bilərlər.

Əlaqələndirici şəxs – Elçin Mehrəliyev (telefon 598 16 53/54 – daxili 1132)

İştirak haqqı 100 manat. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:      Dövlət Xəzinədarlıq Agentliyi

                                   Kod: 210005,

                                   VÖEN:1401555071

                                   M/h: AZ41NABZ01360100000000003944 

                                   SWİFT :CTREAZ22

Alan:                          Energetika Nazirliyi

                                   VÖEN:1300087531

                                   Hesab №: AZ44CTRE00000000000002218301

                              XHK 2218301   

                              Büdcə səviyyəsinin kodu: 7

                                   İqtisadi təsnifat: 142330

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: avans tələbi, aşağı qiymət və müqavilənin yerinə yetirilməsi müddəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (tender təklifləri açıldıqdan sonra 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin dəyərinin 1%-i miqdarında bank təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)

- Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat (Statistika Komitəsindən alınmalıdır. Cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);

Sənədlər Azərbaycan dilində hazırlanmalıdır.

Elektron tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün tələb olunan sənədləri 08 dekabr 2021-ci il saat 15.00-a , tender təklifi ilə bank təminatı sənədlərini isə 16 dekabr 2021-ci il saat  16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 17 dekabr 2021-ci il saat 15.00-da elektron qaydada portal vasitəsilə açılacaqdır. İddiaçılar tender təkliflərinin açılışının nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Əsas şərtlər toplusunu 18 noyabr 2021-ci il tarixdən etibarən etender.gov.az internet səhifəsindən əldə etmək olar.

TENDER KOMİSSİYASI