<

Azərbaycan Respublikası Energetika  Nazirliyi öz ehtiyaclarını təmin etmək məqsədi ilə dəftərxana və təsərrüfat mallarının satın alınması üçün Açıq Tender Elanı edir.
Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini etender.gov.az internet səhifəsində elektron qaydada təqdim etsinlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər etender.gov.az internet səhifəsindən əldə edə bilərlər. 
Əlaqələndirici şəxs – Elçin Mehrəliyev (telefon 598 16 53/54 – daxili   1132)

İştirak haqqı 150 manat. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:      Dövlət Xəzinədarlıq Agentliyi
                                   Kod: 210005,
                                   VÖEN:1401555071
                                   M/h: AZ41NABZ01360100000000003944  
                                   SWİFT :CTREAZ22
Alan:                          Energetika Nazirliyi
                                   VÖEN:1300087531
                                   Hesab №: AZ44CTRE00000000000002218301
                                    XHK 2218301    
                                    Büdcə səviyyəsinin kodu: 7
                                    İqtisadi təsnifat: 142330

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  
-    iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-    iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-    İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-    tender təklifi (tender zərfləri açıldıqdan sonra 30 bank günü qüvvədə olmalıdır);
-    Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat (Statistika Komitəsindən alınmalıdır. Sənədin əslinin skan olunaraq PDF formatında portal vasitəsilə təqdim olunması tələb olunur);

Sənədlər Azərbaycan dilində olmalıdır.
Elektron tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 30 aprel 2021-ci il tarixi saat 17.00-a qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 11 may 2021-ci il tarixi saat  16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 12 may 2021-ci il tarixində saat 17.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 2021-ci il tarixi aprelin 9-dan sonra əldə etmək olar.


TENDER KOMİSSİYASI