<

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respubli¬kasının Qanununa uyğun yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini etender.gov.az internet səhifəsində elektron qaydada təqdim etsinlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu etender.gov.az internet səhifəsindən əldə edə bilərlər. Əlaqələndirici şəxs – Elçin Mehrəliyev (telefon -598 16 53/54 – daxili 1132).

İştirak haqqı 150 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN-1401555071
M/h-AZ41NABZ01360100000000003944
SWİFT -CTREAZ22
Təşkilatın adı-Energetika Na¬zirliyi
VÖEN-1300087531
Hh- AZ44CTRE00000000000002218301
XHK 2218301
Büdcə səviyyəsinin kodu- 7
İqtisadi təsnifat- 142330

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalı¬dırlar.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-    iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-    iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-    iddiaçının tam adı, hüquqi sta¬tusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-    tender təklifi (tender zərfləri açıldıqdan sonra 30 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində olmalıdır.

Elektron tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanu¬nuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 28 avqust 2020-ci il saat 17:00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 7 sentybar 2020-ci il saat 17:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 8 sentyabr 2020-ci il saat 17:10-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, ten¬derin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 2020-ci il avqustun 6-dan sonra əldə etmək olar.