<

 

Azərbaycan Respublikasının Energetika Nazirliyi kompüter və digər avadanlıqların   satın alınmasına dair açıq tender elan edir.

 

 

 

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ

 

Satınalan təşkilatın VÖEN-i: 1300087531

 

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

 

 

Satınalma predmeti : Kompüter və digər avadanlıqların satın alınması 

 

Sıra №

Malların (işlərin və xidmətlərin) adı

Ətraflı təsviri

Həcmi/ Miqdarı

Ölçü vahidi

 1.

Monoblok

Seqment: Monoblok (Consumer və ya Business)

Dəstəklədiyi əməliyyat sistemi: Windows 10/Windows 11 

Prosessor: Core i7 (11 ci nəsil və ya daha ustun nəsil ola bilər)

Əməli yaddaş (RAM): 32 GB DDR 4 və ya DDR5

Yaddaş: 1 TB-SSD M.2

Ekranın ölçüsü: 34" (86.3 cm)

Ekran səthi: Anti-Glare

Ekranın tipi: IPS LED Backlit LCD

Parlaqlıq: 500 nits

Görüntü imkanı: 5K WUHD (5120 x 2160)

Videokart yaddaşının həcmi: 8 GB 

Videokartın modeli: NVIDIA GeForce RTX 3080 GDDR6 

Şəbəkə kartı: Ethernet (RJ-45)

WiFi (Wireless): +

Bluetooth: +

Web-camera: +

Mikrofon: +

Simsiz klavyatura və siçan: +

Xarici interfeyslər: USB, Audioçıxış 3.5 mm, USB Type-C, HDMI

Rəng: Gümüşü, boz və ya qara

Zəmanət: 1 il

ədəd

1

 2.

Planşet

Çipsetin növü: M1 çip/8 nüvə/3.2Ghz

Əməliyyat sisteminin növü: iOS (versiya 16.0)

Video çipsetin növü: GPU (8 nüvəli)

RAM: 8Gb

Daxili yaddaş: 128Gb

Ekran özəllikləri: 11.0’ IPS retina, 2388x1668 piksel, 264PPI, Maye retina (liquid retina), ProMotion, Antiblik mat ekran, Pencil dəstəkləməsi.

Arxa kamera özəllikləri: 12.0 MP / f1.8 diafragm/ 2x optik yaxınlaşdırma / 5x rəqəmsal yaxınlaşdırma

Şəbəkələr: 5G, 4G, 3G, WiFi (802.11ax), Bluetooth 5.0, GPS, GNSS, eSIM, IBeacon, Nano SIM, Thunderbolt 4 (USB4)

Batareya: 7538MAh, 9 saat işləmə ömrü

Digər özəlliklər: Barometr, Rəqəmsal kompas, İşıq sensoru, Giroskop, Lidar skaner, Studiya keyfiyyətində 5 mikrafon, 4 ədəd dinamik

Qabarit məlumatları: 247.6mm x 178.5mm x 5.9mm, 468qr, Tünd boz rəng korpus

Əlavə qoşulmuş qurğu: Magic Klavyatura Planşet pro üçün Q (qara rəng)

ədəd

1

 3.

Televizor

Ekran ölçüsü: 55’

Ekran tipi: 4K UHD LED

Görüntü imkanı: 4K UHD (3840x2160)

Görüntü tezliyi: 60HZ, HDR10/HLG

Əməliyyat sistemi: WebOS 

Şəbəkə portları: Wifi, Ethernet 

Giriş Portları: HDMI, USB 

Səs gücü: 20W

Səs kodekləri: AAC, AC3 (Dolby Digital), MP3

ədəd

1

 

Müsabiqənin başlanma tarixi və vaxtı:

 

31.10.2023 16:00

 

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:

23.11.2023 16:00

 

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

01.12.2023 16:00

 

Zərflərin açılması tarixi və vaxtı:

 

04.12.2023 16:00

 

Müsabiqədə iştirak haqqı: 100 AZN

 

 

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

 

İcra ünvanı

Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

 

İcra müddəti

31.12.2023-cü il tarixinədək

 

 

 

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP-BAKI

 

 

ÖDƏNİŞ ŞƏRTLƏRİ

 

 

İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, hesab-fakturalar, digər sənədlər) əsasında,  ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

 

 

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

 

 

Tender təklifi

Qiymət təklifi: 

 

Tender təklifinin qiymətinin təsviri

Təklif tam və aydın formada Azərbaycan manatı ilə, bütün xərclər və vergilər daxil göstərilməlidir.

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir.

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

Tələb olunmur

         

Təşkilati və hüquqi sənədlər:

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır.

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınmış məhkumluğun olmaması barədə arayışın orijinalının skan olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir.Qeydiyyat tarixi cari rüb ərzində olmalıdır.

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması

Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir). Qeydiyyat tarixi cari rüb ərzində olmalıdır.

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisinin bəyannaməsi)

Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında Portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir). Son maliyyə dövrünə olan məlumatı əks etdirməlidir.

 

İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı

Son bir ildəki fəaliyyəti haqqında bank arayışı. Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur.

 

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə

iddiaçının kommersiya qurumunun dövlət reyestrindən çıxarışı (hüquqi şəxslər), vergi uçotunda olduğunu təsdiq edən sənədi (VÖEN), nizamnaməsi, imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə) barədə sənədin orijinalının (əgər sənədlər elektron formada alınıbsa notarial qaydada təsdiq olunaraq) PDF formatında portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir

Rekvizitlər

 

Bank rekvizitləri iddiaçının rəsmi blankında imzalanmalı, möhürlənməli və PDF formatında Portalda yerləşdirilməlidir.

 

Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi blankında alınmış cari tarixə qüvvədə olan arayışın orijinalı skan olunaraq PDF formatında Portalda yerləşdirilməlidir.

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

 

Nigar Həsənova

Aparıcı məsləhətçi

Nigar.nasibzada@minenergy.gov.az

598-16-53 (1138)