<

Energetika Nazirliyi energetika sahəsi üzrə mövcud olan məlumatların dinamikasının və vahid bazasının yaradılması, energetika sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət (sıyahı üzrə) müəssisələri və eləcə də enerji istehlakında əhəmiyyətli paya malik müəssisələr (siyahı üzrə) tərəfindən müxtəlif dövriliklə təqdim olunan məlumatların operativliyinin təmin olunması, məlumatların elektron emalı, yanacaq-enerji balansı (YEB) üzrə müəyyən olunmuş proqnoz göstəricilərlə faktiki göstəricilər arasında fərqin avtomatik müəyyən olunması və komanda əsasında çıxış cədvəllərinin, diaqram və qrafiklərin avtomatik rejimdə hazırlanmasına dair proqram təminatının satın alınması üçün Açıq Tender Elanı edir.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respub-likasının Qanununa uyğun yuxa¬rıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini etender.gov.az internet səhifəsində elektron qaydada təqdim etsinlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu etender.gov.az internet səhifəsindən əldə edə bilərlər. 
Əlaqələndirici şəxs – Elçin Mehrəliyev (telefon- 598 16 53/54 , daxili - 1132)

İştirak haqqı 150 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-
Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN-1401555071
M/h- AZ41NABZ01360100000000003944
SWİFT -CTREAZ22
Alan Energetika Nazirliyi
VÖEN-1300087531
Hh- AZ44CTRE00000000000002218301
Energetika Nazirliy XHK 2218301
Büdcə səviyyəsinin kodu- 7
İqtisadi təsnifat kodu-142330

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-    Azərbaycan Respublika¬sında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma¬ması haqqında müvafiq vergi orqanından arayış;
-    iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqan¬ları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-    iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-    iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyat¬dan keçdiyi ölkə və rekvizitləri;
-    tender təklifi (tender zərfləri açıldıqdan sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində olmalıdır.

Elektron tender prose¬duru “Dövlət satınalmaları haqqında”Azərbaycan Res¬publikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 27 noyabr 2020-ci il saat 15.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 07 dekabr 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 8 dekabr 2020-ci il saat 15.00-da açı¬lacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, ten¬derin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 2020-ci il noyabr ayının 5-dən sonra əldə etmək olar.


Tender Komissiyası