<

Sifarişçilərin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği necə müəyyən edilir?

Sifarişçilərin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları əsasında müəyyən edilir:

“Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğləri”nə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli Qərarı;

“Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 20 (iyirmi) və 10  (on) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləğləri”nə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci 27 aprel tarixli 180 nömrəli Qərarı.