- ANA SƏHİFƏ
- Sual-Cavab
Sual-Cavab
- Hesablaşma elektrik sayğacları harada və necə quraşdırılmalıdır?
- Sifarişçilərin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği necə müəyyən edilir?
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər?
- İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacı zədələndikdə və ya qoşulma sxemi pozulduqda, təmir və ya əvəzetmə kimin hesabına həyata keçirilir?
- Elektrik enerjisi üzrə əhali üçün hansı tariflər mövcuddur?
- Əhali üçün təbii qazın hansı satış tarifləri mövcuddur?
- Hesablaşma elektrik sayğacları mənzildən kənarda necə quraşdırıla bilər?
- Məişət abonentinin təqsirindən sayğac zədələnərsə, cavabdehlik kimə məxsusdur?
- İstehlakçı hansı hallarda dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır?
- Cari xərclərə (lift pulu, təmir pulu və.s) olan borc səbəbindən binanın komendantı mənzilin elektrik enerjisi verilişini dayandıra bilərmi?
- Texniki şərt nədir?
- Qaz sayğacı zədələndikdə kim tərəfindən təmir edilməlidir?
- İstehlakçılara (əhali, qeyri-əhali, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlər) texniki şərtlərin verilməsi hansı normativ hüquqi aktlarla tənzimlənir?
- Elektrik sayğacına müdaxiləyə görə yenidən hesablaşma necə aparılır?
- Məişət abonentləri sayğaclara görə haqq ödəməlidirmi?
- Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan hansı işləri görmək qadağandır?
- Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan hansı işlərin yerinə yetirilməsi qadağandır?
- Elektrik şəbəkələrinin mühafizə zonaları necə müəyyən edilir?
- İxrac neft və qaz boru kəmərlərinin mühafizə zonasına düşən torpaq sahələrində təsərrüfat və tikinti işləri necə həyata keçirilir?
- İxrac neft və qaz boru kəmərlərinin mühafizə zonasına düşən yüklü torpaq sahələrinin alqı-satqısı necə həyata keçirilir?
- İxrac nəzarətinə düşən malların idxalına, ixracına ve tranzitinə icazələr hansı hüquqi aktlarla tənzimlənir?
- Energetika Nazirliyi tərəfindən verilən ixrac nəzarətinə düşən malların idxalına, ixracına ve tranzitinə icazəni hansı ASAN Xidmət mərkəzində almaq olar?
- Energetika Nazirliyi tərəfindən verilən icazələr üçün dövlət rüsumu tələb olunurmu?
- Energetika Nazirliyi tərəfindən verilən icazələrin müddəti nə qədərdir?
- Enerji təchizatı müəssisəsi nədir?
- Elektrik qurğuları nədir?
- Elektrik şəbəkəsi nədir?
- Sifarişçilərin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği necə tənzimlənir?
- Elektrik enerjisinin uçot cihazları olmadan elektrik qurğularının elektrik şəbəkəyə qoşulmasına yol verilirmi?
- Qoşulma aktı nədir?
- Elektrik qurğularına dövlət enerji nəzarətini kim həyata keçirir?
- Vətəndaşların müraciətlərinə hansı müddətdə baxılır?
- Dövlət elektroenergetika müəssisəsi nədir?
- Balans mənsubiyyəti sərhədi nədir?
- Balans mənsubiyyəti sərhədi aktı nədir?
- Abonent (əsas istehlakçı) kimdir?
- Elektrik enerjisi istehlakçısı kimdir?
- Subabonent kimdir?
- Məişət abonenti (əhali) kimdir?
- Sifarişçi kimdir?
- İstismar məsuliyyəti sərhədi nədir?
- Tərəflərin istismar məsuliyyəti aktı nədir?
- Elektrik sayğacının zədələndikdə kim tərəfindən təmir edilməlidir?
- Elektrik sayğacı hansı hallarda dəyişdirilə bilər?
- Bildiriş nədir?
- Elektrik enerjisi təchizatı hansı hallarda dayandırıla bilər?
- İstehlakçıya qazın verilməsi hansı hallarda dayandırıla bilər?
Elektrik enerjisi təchizatı hansı hallarda dayandırıla bilər?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.12-ci və 9.13-cü bəndlərinə əsasən:
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir:
- istehlakçının elektrik qurğularının qeyri-kafi vəziyyəti qəza, yanğınların baş verməsinə, elektrotexniki heyətin, əhalinin həyatı üçün təhlükə yaratdıqda;
- müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda;
- elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə;
- enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda;
- elektrikqəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisi uçotunun sxemini pozduqda;
- elektrik qurğularına xidmət üçün elektrotexniki heyət olmadıqda;
- istehlakçının təqsirindən enerjitəchizatı müəssisəsinin və ya başqa istehlakçıların elektrik qurğularının normal fəaliyyətini pozan göstəricilərə qədər elektrik enerjisinin keyfiyyətini aşağı saldıqda;
- elektrik qurğularındakı pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbləri vaxtında yerinə yetirilmədikdə;
- istehlakçının (məişət abonenti istisna olmaqla) elektrik qurğularına və ya elektrik enerjisinin uçot cihazlarına Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələri buraxılmadıqda.
Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:
- istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
- enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
- məhkəmənin qərarı ilə;
- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.
İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.