- ANA SƏHİFƏ
- Məqalələr və müsahibələr
- 10.03.2025. Dörd ölkə nazirlərinin Budapeşt görüşünün nəticələrinə dair brifinq keçirilib
10.03.2025. Dörd ölkə nazirlərinin Budapeşt görüşünün nəticələrinə dair brifinq keçirilib
Martın 10-da Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib. Müzakirələrdən sonra iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb. Yekunda nazirlərin Budapeşt görüşünün nəticələrinə dair brifinq keçirilib.
https://www.youtube.com/watch?v=xMqEbpEjSMk