- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Ümumdünya Su Resursları Günü
Martın 22-si Ümumdünya Su Resursları Günüdür. Bu gün BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlayıb.
Bu tarixin xüsusi gün kimi qeyd edilməsində məqsəd dünyanın müxtəlif yerlərində su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirməklə bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biri kimi su ekosistemlərinin mühafizəsi, sudan səmərəli istifadənin təşviqi ilə insanları maarifləndirmək, suya qənaət edən texnologiyalardan istifadə edərək iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfə verməkdir.